Qarabağdakı antiterrordan REAL DÖYÜŞ KADRLARI: ilk dəfə görəcəyiniz EKSKLÜZİV GÖRÜNTÜLƏR - VİDEO

 Qarabağdakı antiterrordan REAL DÖYÜŞ KADRLARI: ilk dəfə görəcəyiniz EKSKLÜZİV GÖRÜNTÜLƏR - VİDEO

Ötən il sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror əməliyyatı zamanı lentə alınmış yeni görüntülər yayılıb.

Titul.az xəbər verir ki, kadrlarda real döyüş görüntüləri əks olunub.

Həmin kadrları təqdim edirik:

Xatırladaq ki, 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu.

16:19 - 1 Sentyabr 2024

Xəbər lenti