"Qarabağ" İngiltərə nəhəngi ilə qarşılaşacaq - Rəqiblər BİLİNDİ

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibləri bəlli olub.

Titul.az xəbər verir ki, Azərbaycan çempionu turnirin əsas raundunda 8 oyun keçirəcək.

Qurban Qurbanovun yetirmələri 4 rəqiblə evdə, 4 komanda ilə səfərdə qarşılaşacaq. Liqa mərhələsinə sentyabrda start veriləcək və matçlar gələn ilin yanvarında başa çatacaq.

“Qarabağ” "Ayaks" (Niderland), "Lion" (Fransa), "Malmö" (İsveç) və FCSB (Rumıniya) ilə evdə üz-üzə gələcək.

Təmsilçimiz səfər oyunlarını "Tottenhem" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), “Bodo Qlimt” (Norveç) və “Elfsborq”a (İsveç) qarşı keçirəcək.

Oyunların təqvimi UEFA tərəfindən qarşıdakı günlərdə müəyyənləşəcək.

Bu mərhələdə ilk 8 yeri tutanlar 1/8 finala adlayacaq, 9-24-cü pilələri tutanlar pley-offda oynayacaq.

15:42 - 30 Avqust 2024

Xəbər lenti