Keçmiş sevgilisinin evinə gizli KAMERA QURAŞDIRDI - Gördüklərindən DƏHŞƏTƏ GƏLDİ + FOTOLAR

 Keçmiş sevgilisinin evinə gizli KAMERA QURAŞDIRDI - Gördüklərindən DƏHŞƏTƏ GƏLDİ + FOTOLAR

Bursada E.D.C. (30 yaş) adlı qadının evində 4 itə etdiyi işgəncənin görüntüləri ortaya çıxıb.

Titul.az xəbər verir ki, bunu qadının keçmiş sevgilisi aşkar edib. E.D.C.-nin keçmiş sevgilisi evdə yerləşdirilən təhlükəsizlik kameralarını mobil telefonu ilə izlədikdən sonra, görüntüləri sosial şəbəkədə paylaşıb, ardınca görüntüləri polisə təqdim edib.

E.D.C.-nin, bala və digər itləri dəqiqələrcə döydüyü həmin kadrlar sosial şəbəkələrdə çox sürətlə yayılıb. Qadın bundan xəbər tutunca itləri evdə qoyaraq oranı tərk etsə də polis hərəkətə keçib. Qadın saxlanılıb və onun barəsində inzibati cəza tədbirləri seçilib. 

İtlər isə itlərin saxlanc mərkəzinə təhvil verilib.

10:26 - 28 Avqust 2024

Xəbər lenti