"Qarabağ" azarkeşlərini "Dinamo Zaqreb" matçı öncəsi sevindirəcək XƏBƏR - Yeni qaydaya görə... + FOTO

"Qarabağ"ın futbolçusu Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" ilə cavab matçında meydana çıxa biləcək.

Bu barədə Titul.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Romao mövsümdə 3-cü sarı vərəqəni alsa da, UEFA-nın yeni qaydalarına əsasən Zaqreb klubu ilə cavab matçında cəzalı durumda olmayacaq.  Yeni qaydaya görə, iki təsnifat mərhələsindən sonra oyunçunun aldığı sarı vərəqənin biri silinir. 

Qeyd edək ki, avqustun 28-də Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo"  oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrbdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb.

Julio Romaonun "Dinamo"ya qarşı oynaya biləcəyi haqda xəbəri ilk olaraq Futbolnfo.az saytı yayıb.

17:45 - 26 Avqust 2024

Xəbər lenti