Sabah havanın temperaturu yenidən YÜKSƏLƏCƏK

 Sabah havanın temperaturu yenidən YÜKSƏLƏCƏK

Avqustun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Titul.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24°, gündüz 28-33° olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 11-16°, gündüz 20-25° olacaq.

12:40 - 26 Avqust 2024

Xəbər lenti