Modelyer Şəlalə Maqsudova müğənni Şəbnəm Tovuzlunun geyimini tənqid edib.
Titul.az axşam.az-a istinadən xəbər verir ki, ATV-də səhər verilişinə qonaq olan modelyer bunları deyib:
"Vücudunu tanımır. Türkiyədə bir verilişə qatılmışdı, görəndə utandım. Onu tamam fərqli geyindirərdim. Şalvar və köynək geyinmişdi. Belə bədən quruluşu olana dar şalvar olmaz. Çox gülünc görsənirdi".
Modelyer Xalq artisti Tünzalə Ağayeva haqda isə "Çox açıq-saçıq geyinir. Bunu əleyhinə deyiləm. Özüm də açıq geyinəni alqışlayıram, əgər bədən ölçüləri buna imkan verirsə. İmkan verir, amma çox abartır. Elə bilir xaricdə hansısa konsert zalındadır",- sözlərini əlavə edib.
12:36 - 29 Noyabr 2023