Ötən axşam Çempionlar Liqasının Pley-off-unda İsveçrə təmsilçisi "Yanq Boys"a məğlub olan "Qalatasaray"ın baş məşqçisi Okan Buruk oyundan sonrakı mətbuat konfransında etdiyi çıxışla gündəmi zəbt edib.
Titul.az xəbər verir ki, Okan İsveçrə komandasına qarşı UEFA-nın almaniyalı hakim təyinatına maraqlı etirazı ilə yadda qalıb. "Aslanlar"ın çalışdırıcısı matç ərzində şübhəli qərarları ilə diqqət çəkən alman hakimin alman dilində danışan bir ölkənin komandasının matçını idarə etməsini qəbuledilməz adlandırıb.
Okan bunu normal sayan UEFA rəsmilərinə o zaman İstanbuldakı cavab matçına Azərbaycandan olan bir hakim təyinatı etmələrini istəyib.
Qeyd edək ki, matçda 2:0 geridə olan İstanbul nəhəngi oyuna əvəzetmədən daxil olan Batşuayinin dublu sayəsində geri dönüş edib hesabı bərabərləşdirsə də, hakimin "Qalatasaray"ın qapısına son dəqiqələrdə təyin etdiyi penalti zərbəsindən sonra rəqib 3:2 qalib ayrılıb.
Bu da "Qalatasaray"ın baş məşqçisinin sözügedən çıxışı:
09:21 - 22 Avqust 2024