Tacir Şahmalıoğlu ailəsi ilə Gəncəbasar regionunda istirahətə yollanıb.
Titul.az xəbər verir ki, şəxsi avtomobilləri ilə istirahətə yollanan müğənninin oğlu Şahmalı kiçik qardaşı Ömürü qucağında əyləşdirərək avtomobil idarə edib. Həmin kadrları Tacirin qızı kameraya çəkib.
Qeyd edək ki, qanunvericiliyə görə, azyaşlıların ön oturacaqda qucaqda daşınması qadağandır. Onlar arxa oturacaqda müstəqil və ya qucaqda daşına bilər. Ön oturacaqda isə xüsusi uşaq oturacağı olan hallarda daşınmasına icazə verilir.
12 yaşadək uşaqların ön oturacaqda xüsusi oturacaq olmadan və ya digər sərnişinin qucağında daşınmasına görə sürücü məsuliyyət daşıyır. Bu xətanı törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 80 manat məbləğində cərimə edilə bilər.
02:24 - 18 Avqust 2024