Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında test üsulunun ləğv ediləcəyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Titul.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə “qafqazinfo”ya bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Bu, 2017-ci ildə verilən bir müsahibədir burada söhbət 2019-cu ilin qəbul modelindən gedirdi. Məleykə Abbaszadənin dedikləri o zaman da yanlış şərh olunmuşdu ki, guya test imtahanı ləğv olunur. Sadəcə olaraq, 2017-ci ildə 9-cu siniflər yeni qaydalarla buraxılış imtahanı vermişdilər. 2019-cu ildə isə 11-ci siniflərdə ilk dəfə yazılı cavab tələb edən tapşırıqlar tətbiq olunmağa başladı”.
01:36 - 17 Avqust 2024