"Zirə" Konfrans Liqasının pley-offuna YÜKSƏLDİ

"Zirə" Konfrans Liqasında növbəti oyununu keçirib.

Titul.az xəbər verir ki, Bakı klubu III təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

Rəşad Sadıqovun yetirmələri "Osiyek"i qəbul edib. Xorvatiyada qollu heç-heçəyə imza atan paytaxt təmsilçisi pley-offa son addımda da inamlı təsir bağışlayıb. Oyunun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib. 10 zərəbədən cəmi 3-ü dəqiq olub və "Zirə" 2:1 hesabı ilə üstün olaraq pley-offa yüksəlib.

Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
15 avqust
20:30. "Zirə" – "Osiyek" - 2:2, ə.v. 0:0, pen. 2:1
Qollar: 
Qismət Alıyev, 54 (pen.). Davit Volkov, 90 - Vedran Yuqoviç, 37. Anton Matkoviç, 81
Baş hakim: Julian Veinberger (Avstriya)
Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Ange Muntinsi, 4. Ruan Renato, 70. İssa Cibrilla, 6. Eldar Quliyev, 15. Pyer Zebli, 8. İsmayıl İbrahimli, 18. Junior Martines, 23. Rafael Utziq, 90. Davit Volkov
Baş məşqçi: Rəşad Sadıqov
Osiyek: 1. Nikola Kavlina, 14. Marko Soldo, 26. Luka Yeleniç, 36. Nail Omeroviç, 22. Roko Yurisiç, 6. Darko Neyasmiç, 7. Vedran Yuqoviç (k), 66. Petar Pusiç, 9. Kemal Ademi, 34. Anton Matkoviç, 39. Domaqoy Bukviç
Baş məşqçi: Federiko Koppitelli
"Liv Bona Dea Arena"

İlk oyun – 1:1

23:15 - 15 Avqust 2024

Xəbər lenti