Cəlilabadda gənc qız su quyusuna düşüb.
Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızı ehtiyatsızlıqdan su quyusuna düşüb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hazırda hadisə yerindədir. Onun düşdüyü quyunun 15 metr dərinliyində olması xilasını çətinləşdirir.
Yaxınlarının bildirdiyinə görə, quyuya əvvəlcə 20 yaşlı Nəsibə yıxılıb. Bundan sonra atası Həsənağa Məmmədov onu xilas etmək üçün quyuya enib. Nəticədə ata və qızı oksigensiz mühitdə boğularaq ölüblər.
İlkin olaraq atanın meyiti quyudan çıxarılıb. Nəsibənin meyitini çıxarmaq üçün isə FHN-in Lənkəranda yerləşən xüsusi bölməsi cəlb edilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğu araşdırmaya başlayıb.
16:41 - 14 Avqust 2024