Qızdırma, baş ağrısı, səpgi... - Təhlükəli virusla bağlı XƏBƏRDARLIQ!

 Qızdırma, baş ağrısı, səpgi... - Təhlükəli virusla bağlı XƏBƏRDARLIQ!

2024-cü ilin əvvəlindən ABŞ-də parvovirus hallarında böyük artım qeydə alınıb.

Titul.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (CDC) açıqlama verilib. 

Bildirilib ki, son iki ildə xəstəliyə yoluxma hallarının sayı artıb və 5-9 yaşlı uşaqlarda parvovirusun nisbətində 40 faiz artım müşahidə olunub. Bu virus daha çox qızdırma, baş ağrısı, oynaq ağrısı və səpki kimi simptomlarla özünü göstərir.

Açıqlamada virusa qarşı peyvəndin hələ hazırlanmadığı vurğulanıb və xəstəliyə qarşı diqqətli olmaq barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Parvovirus B19 virusu (beşinci xəstəlik) tənəffüs və ya damcı yolu ilə insandan insana ötürülür. Yanaqlarda əmələ gələn səpgilərə görə buna “şapalaqlanmış yanaq sindromu” da deyilir. Ümumiyyətlə, damcı yolu ilə keçsə də, şaquli olaraq anadan dölə keçə bilən çox yoluxucu bir virusdur. Yanaqlarda səpgilər başladıqdan sonra artıq yoluxucu olmur. İnkubasiya dövrü 2-3 həftə çəkir.

16:58 - 14 Avqust 2024

Xəbər lenti