Çində qəribə ölüm hadisəsi baş verib.
Titul.az Milli.Az-a istinadla xəbər verir ki, ərinin xəyanətini öyrənən qadın onu qeyri-adi şəkildə ölümünə səbəb olub.
Çinin Liaoninq vilayətində baş verən hadisə ölkədə müzakirələrə yol açıb. Belə ki, qadın komada olan ərinin süni nəfəs aparatından ayrılmasını istəyib. Qadın buna səbəb kimi kişinin ona xəyanət etməsini və pulu olmadığını göstərib.
Qeyd edək ki, kişini xəstəxanaya məşuqəsi gətirsə də, o, sonradan qaçıb gizlənib. Kişinin bütün əməliyyat xərcləri qadının üstünə qalıb. Qadın da xərcləri qarşılamayacağını gördükdə, onun xəyanətini də nəzərə alaraq ərinin ölümünə razılıq verib.
Məlumat üçün bildirək ki, Çindəki qanunlara görə həyatı risk altında olan şəxslərin müalicəsi onun yaxınlarının qərarı ilə dayandırıla bilər.
10:26 - 12 Avqust 2024