Azərbaycanlı güləşçi Hacı Əliyev karyerasını bitirib.
Titul.az xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.
33 yaşlı idmançı fotosunu paylaşaraq “Bu da son!” deyib.
Qeyd edək ki, 3 dəfə Dünya və 4 dəfə Avropa çempionu olan güləşçimiz, eyni zamanda iki dəfə Olimpiya mükafatçısı adını qazanıb.
O, Paris-2024 Olimpiadasında 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevə 3:10 hesabı ilə uduzub.
19:34 - 11 Avqust 2024