45 yaşlı kişi "Nə vaxt evlənirsən" soruşan qonşusunu öldürüb: Daha bezdirmişdi məni + FOTO

 45 yaşlı kişi

İndoneziyada gözlənilməz səbəbə görə qətl hadisəsi baş verib.

Titul.az xəbər verir ki, 45 yaşlı kişi onu hər görəndə "Nə vaxt evlənirsən" deyə müraciət edən qonşusunun həyatına son qoyub.

İllərdir onu hər görəndə bu sualı verdiyini bildirən şəxs, bu dəfə səbr edə bilmədiyini deyib. Nəticədə, o, qonşusuna dəyənəklə ölümcül zərbələr endirib. Həyatını xilas etmək mümkün olmayıb.

Şübhəli artıq saxlanılıb.

 

 

00:58 - 11 Avqust 2024

Xəbər lenti