Alfonso Dominqes finalda məğlub oldu - Növbəti gümüş

 Alfonso Dominqes finalda məğlub oldu - Növbəti gümüş

Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarında son döyüşünü keçirib.

Titul.az xəbər verir ki, 92 kq çəkidə mübarizə aparan idmançımız final qarşılaşmasına çıxıb.

Fransa paytaxtında ardıcıl üç qələbə qazanan Alfonso həlledici görüşdə Lazizbek Mullojonovla (Özbəkistan) üz-üzə gəlib. Görüş rəqibin 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesablı qələbəsi ilə başa çatdığından Dominqes Paris-2024-ü gümüş medalla başa vurub. Bu, onun Olimpiadalarda ikinci mükafatı olub. Boksçumuz Tokio-2020-də 3-cü yeri tutub.

Qeyd edək ki, Alfonso dünya çempionatlarının qızıl (2021) və gümüş (2023) mükafatçısıdır.

00:59 - 10 Avqust 2024

Xəbər lenti