Türkiyədə dəhşətli qətl olayı baş verib.
Titul.az xəbər verir ki, Antalyada Mehmet Altın (48 yaş) adlı şəxs sevgilisi Aynur Çillini (43 yaş) meşəlik ərazidə amansızlıqla qətlə yetirib. Bu, onun həmin gün törətdiyi son qətl olayı olmayıb. Mehmet sevgilisinin 8 yaşlı oğlu Bulutcan Çillini də öldürmək qərarı verib. O, bunun üçün uşağı özü ilə yaşadığı evə aparıb. Cinayət şahidi kimi onun törətdiyi bu qətli polisə xəbər verməsinə mane olmaq qərarına gələn qatil azyaşlını da evində boğaraq həyatına son qoyub.
Artıq qatil ələ keçirilib. Məlum olub ki, Mehmet Altının ismi bu zamana kimi 17 fərqli cinayətdə hallanıb.
O, bundan əlavə 5 dəfə də evli olub.
23:09 - 9 Avqust 2024