"Üç dəfə Ərbəin ziyarətinə getmək qismət olub mənə".
Titul.az xəbər verir ki, bunu tanınmış meyxanaçı Ruslan Müşfiqabadlı "sağalmaz" deyilən xəstəliyindən necə xilas olduğu barədə danışarkən bildirib.
Ruslan Ərbəin ziyarəti ilə illərdir əziyyət çəkdiyi xəstəlikdən birdəfəlik xilas olduğunu bildirib:
"Mən birinci dəfə Ərbəinə getməmişdən qabaq uzun müddət panikatak xəstəliyindən əziyyət çəkmişəm. Hətta elə bir vəziyyətdə idim ki, evdən bayıra çıxa bilmirdim. Və 2018-ci ildə elə bir Allah qəlbimə eşq saldı. Dostlar yığdı məni, dedilər "gedirsən bizlə?", dedim gedirəm. Elə bir vəziyyətdə idim ki, Allah şahiddir ki, evdən bayıra çıxa bilmirdim. Dedim gedəcəm! Çox həkimlərin köməyi oldu, düzələ bilmədim. Artıq ziyarətə gedib çatmamışdım, hiss etdim ki, o xəstəlik məndə yoxdur, çəkilməyə başlayıb. Yəni mən o "mükafatı" oradan aldım".
11:21 - 9 Avqust 2024