"Qarabağ" azarkeşləri üçün bundan pis xəbər ola bilməzdi - GETDİ!

Heyyət zənginləşməli, komandaya yeni ruh, yeni sima(lar) cəlb etmək lazımdır. Çünki futbol yerində saymır, hər kəs inkişaf edir, bütün klubların çalışdırıcıları və rəhbərli irəli getmək üçün yollar axtarır. Belə olmasaydı Avropa nəhəngləri transfer bazarında aktivlik nümayiş etdirmədən növbəti mövsümün planların qurardılar. Hər halda futbol zəkamızı onların təcrübəsi ilə müqayisə etməyək.

Elə Bolqarıstan təmsilçisi "Ludoqorets" ilə ilk matç göstərdi ki, rəqib heç də "Qarabağ"dan zəif deyil, Play-Off üçün növbəti turun qapısın döyməkdən yana əlindən gələni edəcək. Məncə bu ilk oyun məhz Qurban Qurbanov üçün ciddi siqnal olmalıdır. Ona görə ki, ötən mövsüm Avropaya səs salan "Qarabağ"dan güclənmək, heyyəti zənginləşdirmək üçün hələ də cidddi bir transferin şahidi deyilik.

Əgər Benzianı Keytanın əvəz edəcək gücdə olduğunu, ondan, Nərimandan, Musadan istifadə etməklə qitənin ən nüfuzlu klub turnirinə yollanmağın mümkünlüyü qənaətindədirlərsə, səhv edirlər. Yaxşı olar ki, klub prezidenti Tahir Gözəl stadionu oyundan öncə dövrə vurub, azarkeşlərə əl sallamaqla özünə divident qazanmaq əvəzinə kassanın ağzını açsın artıq. Dövran o dövran deyil.

Lakin "köhlən atlar"ın azarkeşlərinə pis xəbər vermək məcburiyyətindəyəm. Böyük ehtimalla "Qarabağ" "Ludoqorets"i çox güc sərf etmədən keçəcəyini düşünürdü. Hətta oyundan saatlar əvvəl "Qarabağ" düşərgəsində təmsilçimizin "Ludoqorets"dən sonra "Dinamo Zaqreb"lə qarşılaşacağını və hazırki vəziyyətdə hər ikisindən daha hazırlıqla, daha güclü olduqlarını düşündüklərini və bu səbəbdən də bu mövsüm hər hansı bir "sürprizə" yol vermədən qitəənin ən nüfuzlu klub turniri olan Çempionlar Lİqasında təmsil etmək hüququna yiyələnəcəkləri ilə bağlı əminliyin formalaşdığı ehtimalları da çox yüksəkdir.

Əslində, bu, heç də pis xüsusiyyət deyil. Lakin baxır kim bunu hansı məqsədlərdən yana istifadə edəcək. Necə ki, Q.Qurbanova klubun bütün idarəçilik sükanının tapşırıldığı "Qarabağ"da olduğu kimi. Təmsilçimizin qarşısına nisbətən dişinə görə komandaların düşməsi, planlaşdırılan və danışıqlar aparılan futbolçuların transferindəki istəyi bir qədər azaltmış oldu. "Bayer Leverkuzen"ə başağrı olan ötən mövsümkü heyyəti qorumaqla Bolqarıstan və Xorvatiya klublarını keçməyin mümkün olacağını düşünən "Qarabağ" rəhbərliyi, əlini cibinə salmağa tələsmək istəmir. Halbuki "Ludoqorets" ilə elə doğma divarlar arasındakı matç da göstərdi ki, artıq zəif komanda yoxdur. Transferlərlə bağlı "Qarabağ" cəbhəsindəlki sükut isə deməyə əsas verir ki, o gözləntilər bu püşklə GETDİ!

TİTUL.AZ

 

01:52 - 9 Avqust 2024

Xəbər lenti