Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarına bu gün yekun vurulacaq.
Titul.az xəbər verir ki, son iki çəkidə mükafatçılar bəlli olacaq.
Azərbaycan yığmasının bir güləşçisi xalçaya çıxıb. Həsrət Cəfərovun uğuru sayəsində “klassiklər”imiz Paris-2024-ü 1 medalla başa vurublar.
Yunan-Roma güləşi
67 kq
Həsrət Cəfərov Olimpiadada son görüşünə çıxıb. O, bürünc medal uğrunda qarşılaşmada Amantur İsmayılovla (Qırğızıstan) güləşib. Görüş idmançımızın inamlı qələbəsi ilə yekunlaşıb - 8:0. Bununla da Cəfərov Olimpiadanı bürünc medalla bitirib.
Qeyd edək ki, yunan-Roma güləşi millimiz Fransa paytaxtına 5 idmançı ilə yollanıb. Onlardan dördü çıxışını medalsız başa vurub.
21:19 - 8 Avqust 2024