Ödənişli yolda ağır qəza baş verdi: Ölənlər var

 Ödənişli yolda ağır qəza baş verdi: Ölənlər var

Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib.

Titul.az xəbər verir ki, yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində "Nissan" markalı avtomobil aşıb.

Qəza zamanı 55 yaşlı Təranə Babayeva və 59 yaşlı Xalis Babayev aldığı xəsarətlərdən dünyasını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.

23:56 - 28 Noyabr 2023

Xəbər lenti