Bakıda milyonçular villalarını satışa çıxardılar - QİYMƏTLƏR 

 Bakıda milyonçular villalarını satışa çıxardılar - QİYMƏTLƏR 

Bakıda hər gün fantastik qiymətə villalar satışa çıxarılır. Yay mövsümü ilə əlaqəli isə hazırda daha çox Bakıətrafı və dənizə yaxın ərazilərdə bağ evlərinə maraq daha böyükdür. 

Titul.az xəbər verir ki, bununla bağlı müxtəlif elan saytlarında məlumatlara rast gəlmək olar. Son günlər bu cür elanların sayı daha da artıb. Xüsusən də torpaq sahəsi daha geniş olan villaların qiyməti bahadır. 

Əsasən, şəhərdən bir qədər uzaq yerləşən bu villalar lüks və dəbdəbəli şəraiti ilə seçilir.  

Bu dəfə 6 milyon 800 min manata satışa çıxarılan villa isə Şüvəlan qəsəbəsində yerləşir. 

Sözügedən villanın 1400 kvadrat metr sahəsi var və 4 mərtəbən, 10 otaqdan ibarətdir.

Evin fantastik qiymətə satılmasının əsas səbəbi isə həyətyanı sahəsi və çimərliyə yaxın olması ilə əlaqələndirilir. Belə ki, həyətin 36 sot torpaq sahəsi var. 

Satıcı qeyd edir ki, mülk dənizə çox yaxın məsafədə yerləşir. Villanın həyətində əlavə tikilisi də var. Bundan əlavə, evin 2 filtrli hovuzu, idman zalı, saunası var. Hovuzlardan biri qapalıdır, digəri isə həyətyanı sahədə yerləşir. / Yenisabah.az 

20:07 - 8 Avqust 2024

Xəbər lenti