Bakının mərkəzində maşının qapısını açıb ətrafa silah tuşladı - VİDEO

 Bakının mərkəzində maşının qapısını açıb ətrafa silah tuşladı - VİDEO

Bakıda avtomobilin qapısını açaraq əlindəki silahı ətrafdakı şəxslərə nümayiş etdirən şəxsin görüntüləri yayılıb.

Titul.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə “Ford Transit” markalı 07-BH-637 dövlət nömrə nişanlı avtomobilin aşağı sürətlə hərəkətdə olduğu vaxt gənc oğlanın qapını açaraq nümayişkəranə hərəkətlər etdiyini görmək mümkündür. Belə ki, o, əlindəki silahı ətrafa doğru tuşlayıb.

Silahın həqiqi və ya oyuncaq olması bilinməsə də, baş verən hadisə insanları narahat edib.

DİN Mətbuat xidmətindən saytımıza bildirilib ki, hazırda görüntülərlə bağlı araşdırma aparılır.

10:39 - 7 Avqust 2024

Xəbər lenti