Qızıl medal qazanan Tomas Çekon Parisdəki Olimpiya kəndindəki şəraitdən şikayətləndikdən sonra Paris parklarından birində yatarkən görüntülənib.
Titul.az Bakupost.az-a istinadən xəbər verir ki, səudiyyəli avarçəkən Hüseyn Əlireza Çekonu parkda dəsmalın üstündə yatarkən görüb və instaqramda görüntüsünü paylaşıb.
O, Olimpiya kəndinin ərazisini italyanların mürgülədiyi yer kimi qeyd edib.
Qeyd edək ki, Çekon daha əvvəl də qaldıqları yerdən şikayətlənib.
“Kənddə kondisioner yoxdur, hava istidir, yeməklər pisdir. Adətən evdə olanda həmişə günorta yatıram. Burada həqiqətən istilik və səs-küy arasında mübarizə aparıram”.
Əlavə edək ki, italyan üzgüçü Çekon kişilər arasında 100 m arxası üstə üzmə yarışında qızıl medal qazanıb.
Şəklin nə zaman çəkildiyi isə məlum deyil.
17:16 - 5 Avqust 2024