40 dərəcə isti olacaq - Sabahın HAVAsı

 40 dərəcə isti olacaq - Sabahın HAVAsı

Avqustun 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Titul.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26°, gündüz 33-38° olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 35-38°, bəzi yerlərdə 40°, dağlarda gecə 13-18°, gündüz 21-26° olacaq.

12:26 - 5 Avqust 2024

Xəbər lenti