Renat Dadaşovun yeni klubu açıqlandı

 Renat Dadaşovun yeni klubu açıqlandı

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yeni mövsümə Türkiyədə başlamağa yaxındır.

Titul.az fanat.az-a istinadən xəbər verir ki, informasiyanı jurnalist Reşat Can Özbudak şəxsi "X" hesabı üzərindən yayıb.

Mənbə 1-ci Liqada çıxış edən "Ankaragücü"nün Dadaşovun klubu ilə razılığa gəldiyini və  keçidin reallaşmaq üzrə olduğunu açıqlayıb. 

Qeyd edək ki, müqavilə ilə İsveçrənin "Qrasshopper" klubuna məxsus olan 25 yaşlı Renat ötən mövsüm icarə əsasında "Hatayspor"da çıxış edib. Onun İsveçrə təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

11:07 - 5 Avqust 2024

Xəbər lenti