Alfonso Dominqez FİNALDA - Parisdə növbəti qızılın bir addımlığında

 Alfonso Dominqez FİNALDA - Parisdə növbəti qızılın bir addımlığında

Paris-2024 Yay Olimpiya Oyunlarında boksçuların yarımfinal görüşləri keçirilir.

Titul.az xəbər verir ki, bu mərhələyə yüksəlməklə medallardan birini təmin edən yeganə Azərbaycan təmsilçisi Alfonso Dominqes növbəti döyüşünə çıxıb.

92 kq çəkidə mübarizə aparan boksçumuz Enmanuel Reyes Pla (İspaniya) ilə görüşüb. Alfonso Fransa paytaxtında ardıcıl 3-cü qələbəsini qazanıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27).

Bununla da Dominqes finala vəsiqə qazanıb. Həlledici görüş avqustun 9-da baş tutacaq.

Qeyd edək ki, Tokio-2020-də bürünc medal qazanan Alfonso Azərbaycan tarixinə iki olimpiya medalı qazanan ilk boksçu kimi düşüb.

15:46 - 4 Avqust 2024

Xəbər lenti