"Qarabağ" Xankəndidə bu komanda ilə qarşılaşacaq - ADI MƏLUM OLDU

"Qarabağ"ın Xankəndi şəhərində yerləşən stadionda ilk oyun dekabrın 21-də Azərbaycan kubokunun 1/8 finalında MOİK – Ağdaş/Cəbrayıl matçının qalibi ilə qarşılaşacağı barədə yerli mediada xeyli məlumatlar dolaşıb.

Titul.az xəbər verir ki, bu gün keçirilən MOİK – Ağdaş/Cəbrayıl matçının qalibi kimi növbəti mərhələyə hərbçilər yüksəldiyindən bu o deməkdir ki, "Qarabağ"ın da Xankəndidə keçirəcəyi ilk matçdakı rəqibinin adı məlum olub.

Məlumatlara görə, hazırda sözügedən arenada yenidənqurma işləri görülür. Stadionun tribunaları və otaqları təmir olunur. Bütün bu görülən işlərin isə dekabrın 15-ə kimi yekunlaşması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Kubokunda II təsnifat mərhələsi çərçivəsində MOİK "Cəbrayıl"dan üstün olub - 4:0. Ordu klubu növbəti raundda "Qarabağ"a rəqib olub.

 

15:31 - 28 Noyabr 2023

Xəbər lenti