Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib.
Titul.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında əksini tapıb.
Qərara əsasən, ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.
Əvvəl bu müddət noyabrın 16-dan 20-dək idi.
12:06 - 1 Avqust 2024