Azərbaycan basketbol millisi ABŞ-ni MƏĞLUB ETDİ

 Azərbaycan basketbol millisi ABŞ-ni MƏĞLUB ETDİ

Azərbaycanın 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının növbəti günündə mübarizə aparıb.

Titul.az xəbər verir ki, ölkəmizi ilk dəfə komanda yarışlarında təmsil edən qadınlardan ibarət 3x3 basketbol yığmamız ikinci matçına çıxıb.

Komandamız II turda ABŞ yığması ilə görüşüb. 20:17 hesabı ilə qalib gələn qızlarımız tarixi qələbəyə imza atıb. Seçməmiz III və IV turda müvafiq olaraq Fransa və Almaniya milliləri ilə qarşılaşacaq. Hər iki oyun bu gün gerçəkləşəcək.

00:24 - 1 Avqust 2024

Xəbər lenti