AZTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

 AZTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

AZTV-nin sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib.

Titul.az xəbər verir ki, AZTV-nin mətbuat katibi Rüfət Seyidov faktı konkret.az-a təsdiqləyib.

O bildirib ki, Rüfət Həmzəyev artıq AZTV-də çalışmır. Əldə etdiyimiz məlumata görə, Rüfət Həmzəyev ingilis dilli telekanala rəhbər təyin edilib.

Artıq Rüfət Həmzəyevin adı AZTV-nin saytında sədr müavini vəzifəsini bildirən məlumat hissəsindən çıxarılıb.

15:31 - 31 İyul 2024

Xəbər lenti