Azərbaycan ordusunun 4 hərbçisi HƏLAK OLDU

 Azərbaycan ordusunun 4 hərbçisi HƏLAK OLDU

Azərbaycan ordusunun 4 hərbçisi faciəli şəkildə həlak olub.

Titul.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

"İyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitlərinin aşkar edilməsi ilə bağlı faktı təsdiq edirik.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda deyilir.

Allah rəhmət eləsin!

14:20 - 31 İyul 2024

Xəbər lenti