390-a yaxın deputatlığa namizəd qeydə alınıb

 390-a yaxın deputatlığa namizəd qeydə alınıb

İndiyə qədər deputatlığa namizədliyi qeydə alınan namizədlərin sayı açıqlanıb.

Titul.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

"İndiyə qədər 390-a yaxın deputatlığa namizədi qeydə alınıb", - o deyib.

MSK sədri qeyd edib ki, Azərbaycanda dövlət qeydiyyatına alınan 26 partiyadan 25-i seçkilərdə iştirak edir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

10:12 - 31 İyul 2024

Xəbər lenti