Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtdakı bəzi şadlıq saraylarında, xüsusən də konfransın keçirləcəyi Bakı Olimpiya Stadionuna yaxın restoranlarda toylar keçirilməyəcək.
Titul.az -ın restoranlarla apardığı sorğunun nəticəsi olaraq məlum olub ki, noyabrın 9-dan 28-i tarixinə kimi Bəkir Çobanzadə küçəsi və həmin əraziyə yaxın digər ünvanlarda yerləşən restoranlarda toy məclislərinin keçirilməməsi tapşırılıb.
Sorğudan məlum olub ki, elə bu səbəbdən də bəzi şadlıq sarayları noyabr ayı üçün sifarişləri qəbul etmir.
İstisna edilmir ki, belə bir qərar COP29-la əlaqədar ölkəyə gələcək xarici vətəndaşların çoxluğu və bu mühüm tədbirin uğurlu keçirilməsi ilə bağlı paytaxtda yarana biləcək sıxlığın aradan qaldırılmasına dəstək məqsədi ilə verilib.
06:53 - 31 İyul 2024