Xəbər verdiyimiz kimi, bu gün İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçirilir. Ermənistanın baş naziri Nikol Paşinyan inauqurasiya mərasimində iştirak etmək üçün bu gün səhər İrana gedib və Pezeşkianla görüşüb.
Titul.az Musavat.com-a istinadla bildirir ki, görüşdə diqqət çəkən detallardan biri Pezeşkianın Paşinyanla qucaqlaşıb görüşməməsidir.
Nəzərdən yayınmayan digər detal Pezeşkianın əl görüşərkən erməni baş naziri özündən uzaq tutmasıdır.
Xatırladırıq ki, bundan əvvəl bütün prezidentlər Ermənistandan gələn qonaqlarla görüşüb-öpüşüblər.
Sözügedən görüntüləri təqdim edirik:
Qeyd edək ki, Məsud Pezeşkian iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda seçilib. Onun andiçmə mərasimi bu gün yerli vaxtla saat 16:00-da başlayacaq.
14:22 - 30 İyul 2024