Hidayət Heydərov Bakıda belə qarşılandı - VİDEO

 Hidayət Heydərov Bakıda belə qarşılandı - VİDEO

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının çempionu olan cüdoçumuz Hidayət Heydərov Bakıya qayıdıb.

Titul.az baku.ws-ə istinadən bildirir ki,  Hidayət Heydərov vətəndə böyük sevinclə qarşılanıb.

Xatırladaq ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qalib olub. 

73 kq çəki dərəcəsində döyüşən idmançı fransalı Con Benjamin Qaba ilə qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn H.Heydərov qızıl medal qazanıb.

10:00 - 30 İyul 2024

Xəbər lenti