Azərbaycanlı qız 15 yaşında bəyənmədiyi aparıcının 15 il sonra həyat yoldaşı oldu - FOTOLAR

 Azərbaycanlı qız 15 yaşında bəyənmədiyi aparıcının 15 il sonra həyat yoldaşı oldu - FOTOLAR

Aparıcı Cavid Gülün həyat yoldaşı Nərgiz maraqlı fakta aydınlıq gətirib.

Titul.az xəbər verir ki, Cavidin xanımı bildirib ki, bir gün onunla ailə quracağını ağlından keçirməyib.

Nərgiz fikirlərini belə izah edib:

"Mən bilməzdim, 15 yaşında Tv-də baxıb bəyənmədiyim aparıcının 15 il sonra həyat yoldaşı olacam.

25 yaşımda tanış olmuşuq, 27-də evlənmişik. Hazırda 30 yaşım var".

Qeyd edək ki, cütlük 2021-ci ilin iyul ayında ailə həyatı qurub. Onların 1 il sonra - 2022-ci ilin avqustunda qız övladları dünyaya gəlib.

 

15:05 - 29 İyul 2024

Xəbər lenti