Türkiyənin Sakarya bölgəsinin Ferizli qəsəbəsində keçmiş bələdiyyə başçısı Ahmet Soğuk (64 yaş) avtomobilində güllələnib.
Titul.az xəbər verir ki, hadisə ötən gün baş verib. Keçmiş məmur maşınının içində evinin 150 metrliyində vurulub. Artıq qətl olayı ilə bağlı 4 şübhəli saxlanılıb.
Qeyd edək ki, Ahmet Soğuk 2009 və 2019 seçkilərində 2 dəfə bələdiyyə başçısı seçilib.
Faktla bağlı araşdırma davam etdirilir.
11:18 - 28 İyul 2024