Keçmiş məmurun oğlu dənizdə boğuldu - Atası partiya liderlərindən olub - FOTO

 Keçmiş məmurun oğlu dənizdə boğuldu - Atası partiya liderlərindən olub - FOTO

Türkiyədə keçmiş məmurun oğlu dənizdə boğulub.

Titul.az xəbər verir ki, hadisə Qara dənizin Artiv rayonunun Arhavil qəsəbəsi sahillərində qeydə alınıb. Fındıqlı qəsəbəsində dənizə girən şəxs gözdən itib. Saatlar sonra onun cansız bədənini Arhavil qəsəbəsində balıqçılar aşkar ediblər.

Məlum olub ki, boğulan şəxs Fındıqlı qəsəbəsinin AK partiyadan olan keçmiş sədri Ali Süleyman Toramanın oğlu Ruknəddin Toramandır.

 

15:08 - 26 İyul 2024

Xəbər lenti