Türkiyənin Muğla bölgəsində daha bir ailə dramı yaşanıb.
Titul.az xəbər verir ki, Soner Başkan (50 yaş) adlı şəxs həyat yoldaşı Mələk Başkanı (71 yaş) boynu və ayaqlarından iplə bağladıqdan sonra döyüb.
Səs-küy eşidən qonşular polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər qadının başının və ayaqlarının kəndirləndiyini görüblər.
Xəstəxanaya çatıdırlan qadın həyat yoldaşından şikayətçi olub. Soner Başkan artıq saxlanılıb.
Soner Başkanın polisə ifadəsi yayılıb. O, evdə olarkən arvadı Mələkk Başkanın dərmanlarını gizlətdiyi gördüyünü bildirib: "Dərmanlarımı istədim. "Qaraçı" deyib, təhqir etməyə başladı, dərmanlarımı vermədi. Mən də özümdən çıxdım. Üç dəfə şillə vurdum. Kəndir gətirib boynundan və ayaqlarından bağladım. Sonra da siqaret çəkə-çəkə necə ağrı-acı çəkdiyini izlədim. Peşman deyiləm".
12:52 - 25 İyul 2024