Türkiyənin Mardin bölgəsində bir qız övladı dünyaya gətirən Vatfa Eceviti (25 yaş) xəstəxanadan evə buraxıldığı gün həyat yoldaşı amansızlıqla qətlə yetirib.
Titul.az xəbər verir ki, Mehmet Şiyar Ecevit (28 yaş) xəstəxanadan evə buraxılan həyat yoldaşına 17 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.
Qatil ər artıq saxlanılıb. İlk məhkəmə prosesi də baş tutub. İlk məhkəmədə təqsirli şəxs ifadəsində “Olay günü arvadımla mübahisə etdim, sonra evdən çıxıb gedib narkotik maddə qəbul etdim. Evə döndükdən sonra mübahisə etməyə davam etdik. Sonra özümü itirdim, idarə edə bilmədim. Etdiyimə görə peşimanam", - sözlərini işlədib.
10:14 - 25 İyul 2024