"Ruslanla nişanlı olanda aramızda çox davalar olurdu. Ümumiyyətlə nişanlı vaxtlarda söz-söhbətlər çox olur... Amma ailə qurandan sonra yaxşılığa doğru həyatım dəyişib. Ruslan məni başa düşür. Bilmirəm yaşımız bir-birimizə uyğun oldu, başımız daşdan-daşa çox dəydi və biz həyatı dərk edəndən sonra ailə qurduq. Bəlkə də yaşımız az olsaydı, elə olmazdı".
Titul.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri aparıcı Çinarə Əliyeva qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.
Bu ilin iyulunda plastik və estetik cərrah Ruslan Rəsul ilə ailə quran Çinarə əri ilə münasibətlərindən danışıb:
"İkimiz də bir-birimizin sözünə qulaq asırıq. Çünki aramızda söz-söhbət olmur, bir-birimizi başa düşürük. Ruslan səhər işə gedib, axşam saat 19:00-da evə gəlir. Mən isə 19:00-da sağollaşıb gedirəm məclisə, bir də gecə saat 00:00-da gəlirəm. Ona görə, aramızda problemlər olmur".
Proqramın aparıcısı Mətanət Əliverdiyevanın "Çinarə, həyat yoldaşın plastik və estetik cərrahdır. Ruslanı qadınlara qısqanırsan?" sualına Çinarə "Pul mənim gözümü elə tutub ki, onu heç kimə qısqanmıram. Özümü isə tanıya bilmirəm" cavabını verib.
Qeyd edək ki, Çinarə Əliyeva daha əvvəlki müsahibələrində bildirib ki, ailə həyatı qurandan sonra toylara getməyəcək. O, yalnız xına məclislərində aparıcılıq edəcək.
10:18 - 28 Noyabr 2023