Azərbaycanda orta aylıq pensiya 2 dəfədən çox ARTIB - RƏSMİ + VİDEO

 Azərbaycanda orta aylıq pensiya 2 dəfədən çox ARTIB - RƏSMİ + VİDEO

"2018-ci ildən ötən dövr ərzində sosial ödənişlər və minimum pensiyanın məbləğində 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, sosial müavinət və təqaüdlərin maliyyələşməsində 5 dəfə artıb olub". 

Titul.az news24.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavin Anar Əliyev “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində "Azərbaycan Respublikasında ətraf mühitin dayanıqlığına doğru genderə həssas ədalətli keçidin təşviqi” mövzusunda seminarda deyib.

O, əlavə edib ki, orta aylıq əməkhaqqı 84 faiz, minimum əməkhaqqı 2,7 dəfə və Əməkhaqqı Fondu ölkə üzrə 2,8 dəfə artmışdır.

15:07 - 24 İyul 2024

Xəbər lenti