Türkiyənin Denizli şəhərinin Honaz qəsəbəsində 112 qaynar xəttinə zəng edərək anası Emine Durmuşun (89 yaş) hərəkətsiz yatdığını söyləyib kömək istəyən Cihan Durmuş (50 yaş) anasının qatili çıxıb.
Titul.az xəbər verir ki, cinayətin üstü hadisədən 96 gün sonra açılıb və qətldə şübhəli bilinən oğlu həbs olunub.
Meyitin üzərində aparılan ekspertizada məlum olub ki, 89 yaşlı qadının boyun sümüklərində qırıqlar var və boğularaq qətlə yetirilib.
Təxminən 3 ay davam edən araşdırmadan sonra Durmuşun oğlu Cihan Durmuş və onun sevgilisi Fatma A. (37 yaş) cinayət şübhəlisi olaraq təsbit ediliblər. Övladı anasını öldürməsi ilə bağlı ittihamı qəbul etməsə də, Fatma A. ifadəsində, sevgilisinin doğma anasını qətlə yetirdiyini etiraf edib.
O da məlum olub ki, anasını öldürən övlad izi itirmək çün şəxsi sosial şəbəkə hesabında anası ilə birgə fotosunu paylaşaraq "Canım anam, məkanın cənnət olsun inşallah. Haqqım sənə halaldır", - sözlərini yazıb.
21:00 - 23 İyul 2024