Axşam ad gününü qeyd etdi, səhər evdən MEYİTİ TAPILDI - FOTO

 Axşam ad gününü qeyd etdi, səhər evdən MEYİTİ TAPILDI - FOTO

Ədirnədə ad gününü qeyd edən qadın bu gün səhər saatlarında evində ölü tapılıb.

Titul.az milli.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Dünən axşam dostları ilə ad gününü qeyd edən Gülçin Altan bu gün səhər saatlarında zənglərə cavab verməyib və dostları vəziyyəti qonşularına bildirib.

Tək yaşayan Altan qapını açmadıqdan sonra qonşuları ehtiyat açarla evə daxil olublar. Altan içəridə hərəkətsiz, stulda oturmuş vəziyyətdə tapılıb.Dostları vəziyyəti bildirdikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.

Qadının meyiti müayinə olunmaq üçün Ədirnə Ədli Tibb Qurumuna göndərilib.

Hadisə ilə bağlı istintaq davam edir.

01:41 - 28 Noyabr 2023

Xəbər lenti