Malaziyada həyat yoldaşı ilə axşam yeməyindən qayıdan bir qadına ayaqları və bədəni ilə bağlı bir qrup sərxoş kişi söz atıb.
Titul.az xəbər verir ki, qadının həyat yoldaşı bunun cavabını qan bahasına ödətdirib.
Malakka şəhərinin Taman Kenanqa bölgəsində küçənin ortasında başlayan dava ölümlə nəticələnib.
35 yaşlı kişi dərhal arvadına söz atan şəxslin üstünə hücum edib. Üzərindəki bıçaqla onu vuraraq öldürüb.
Qətl olayı ilə bağlı 7 nəfər saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
22:28 - 22 İyul 2024