İngiltərənin şimalında yerləşən Worcestershire bölgəsində dəhşətli cinayət baş verib.
Titul.az xəbər verir ki, Alfie Stelee adlı azyaşlı uşaq anası ilə sevgilisinin birgə yaşadığı evin hamamında ölü tapılıb.
9 yaşlı uşağı bədənində 50-dən çox bıçaq və zərbə izləri aşkar edilib.
Araşdırma əsnasında ana və sevgilisi saxlanılıb. Evin qapısındakı təhlükəsizlik kameralarında uşağın ölümündən öncə evə girməsi üçün qapı arxasında anasına yalvardığı əks olunan kadrlar əks olunub.
Alfienin anası Karla Skott və sevgilisi Dirk Howell cinayət törətdiklərinə dair iddiaları rədd ediblər.
Hadisəyə öncəsi qulaq şahidi olan Dominic Walker adlı şəxs qapının arxasından gələn "içəri gəlmə" və "artıq səni isyəmirik" deyən bir kişi səsi eşitdiyini bildirib.
İngiltərə mediasında hadisənin böyük ehtimalla ana və sevgilisi tərəfindən törədildiyi ilə bağlı iddialara rast gəlinir.
20:03 - 22 İyul 2024