Bakı Dəniz Limanında faciə - Ölən var

 Bakı Dəniz Limanında faciə - Ölən var

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bədbəxt hadisə baş verib.

Titul.az Report-a istinadən xəbər verir ki, limanda fəaliyyət göstərən şirkətlərin birinin anbarında çalışan Məmmədağa Məstanov iş zamanı yıxılaraq dəmir qapının arasında qalıb.

M.Məstanov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

11:14 - 17 İyul 2024

Xəbər lenti