Aşura günü toy etdilər, 21 nəfər xəstəxanalıq oldu

 Aşura günü toy etdilər, 21 nəfər xəstəxanalıq oldu

Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Titul.az APA-ya istinadən bildirir ki, hadisə Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

10 yaxın sakin təcili tibbi yardım avtomobili ilə, digərləri isə xəstəxanaya özləri gəlib.

Hazırda vəziyyətlərinin normal oldugu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

09:02 - 17 İyul 2024

Xəbər lenti