Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi - FOTOLAR

 Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi - FOTOLAR

Azərbaycanda cüdo məşqçisi Murad Heydərli vəfat edib.

Titul.az xəbər verir ki, gənc mütəxəssis bu gün beyin xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, 27 yaşlı M.Heydərli Abşeron İdman Klubunun cüdo üzrə məşqçi müəllimi kimi çalışırdı. Tanınmış idmançı karyerasını başa vuraraq məşqçiliyə yeni başlamışdı. Cüdoçu həm Azərbaycanda, həm də ölkə xaricində keçirilən yarışlarda bir sıra uğurlu nəticələrə imza atmışdı. (Qafqazinfo)

22:27 - 16 İyul 2024

Xəbər lenti